Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:15

Nardaranda atışma olub


Mayın 16-da Nardaran qəbiristanlığı yaxınlığında olan atışmada sahə müvəkkili Azad Şirəliyev güllə yarası alıb. Xəbər «Turan»a Nardarandakı mənbələrdən daxil olub.


Xəbərə görə, polis uzun müddət axtarışda olan Zülfüqar Cabbarovun kənddə olduğunu bilərək, onun tutulması üçün əməliyyat hazırlayıb. Qəbiristanlığın yanında oğlunun ələ keçəcəyini görən Zülfüqarın atası avtomat silahdan atəş açıb və A.Şirəliyevi yaralayıb.


Amma 14 saylı Polis Bölməsindən «Turan»a deyiblər ki, polis güllə yarası almayıb, hasardan aşan zaman yıxılaraq, qolunu sındırıb.


Zülfüqar Cabbarov iki ilə yaxındır ki, axtarışdadır. Ona Cinayət Məcəlləsinin qəsdən adamöldürmə, qanunsuz silah saxlama və istifadə etmə maddələri ilə ittiham irəli sürülüb.


XS
SM
MD
LG