Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:22

«Azərbaycan vasitəsilə İrana avadanlıq daşınması davam edəcək»


İranın Bakıdakı səfiri Nasir Həmidi Zare

İranın Bakıdakı səfiri Nasir Həmidi Zare

«Azərbaycan vasitəsilə Rusiyadan İrana – «Buşehr» Atom Elektrik Stansiyasına (AES) avadanlıq daşınması davam edəcək». Bunu İranın Bakıdakı səfiri Nasir Həmidi Zare mayın 16-da keçirdiyi mətbuat konfransında bəyan edib.


O, deyib ki, bu daşınma qanunsuz deyil: «Astara sərhəd-keçid məntəqəsində yükün saxlanması da siyasi yox, sırf texniki məsələ idi. Azərbaycan tərəfi yükün buraxılması üçün bəzi sənədlər tələb edib, Rusiya həmin sənədləri təqdim etdikdən sonra problem həllini tapıb».


Mayın 15-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Rusiyanın «Buşehr» AES-ə göndərdiyi yüklərin tranzitində heç bir güzəşt olmayacaq.


Bakıda səfərdə olan Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin isə bildirib ki, Azərbaycanla Rusiya «Buşehr»ə avadanlıq daşınmasında razılığa gəliblər. Öz növbəsində, Bakı bildirib ki, qazılaşma Moskva üçün heç bir istisnaları nəzərdə tutmur və sənədləri olmayan yük buraxılmayacaq.


Bir müddət əvvəl Azərbaycan Rusiyanın İrana göndərdiyi yükü gömrükdə saxlamışdı. Bakı yükün sənədlərini tələb edirdi. Həmin sənədlər XİN-ə təqdim edildikdən sonra yük buraxılmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG