Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:10

Meriya Müsavata yenidən Bibiheybəti göstərdi


Partiya mitinqi seçki islahatları tələbi və ölkədə bahalaşmaya etiraz şüarıyla keçirəcəyini bəyan edirdi

Partiya mitinqi seçki islahatları tələbi və ölkədə bahalaşmaya etiraz şüarıyla keçirəcəyini bəyan edirdi

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mayın 18-də keçirmək istədiyi mitinqi sanksiyalaşdırıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı «Media forum» saytına deyib ki, meriya aksiyanın partiya istəyən meydanlarda yox, Bibiheybət qəsəbəsindəki stadionda keçirilməsinə razılıq verib.


Nəticədə Bibiheybətə getmək istəməyən partiya mayın 18-nə planlaşdırdığı mitinqi təxirə salıb.


Arif Hacılı partiyanın bundan sonrakı planları barədə müxtəlif təkliflərin olduğunu bildirib. O, icazəsiz aksiyaların keçirilməsi məsələsinin də gündəmə gələ biləcəyini vurğulayıb.


Mitinq qərarı partiya Divanının mayın 5-də keçirilən iclasında çıxarılmış, mayın 6-da Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilmişdi. Müsavat 18 may mitinqini Ukrayna meydanı, keçmiş «Qələbə» kinoteatrının qarşısı, metronun «Nərimanov» stansiyasının ətrafı, Füzuli meydanı və «Təbriz» (keçmiş «Sevinc») kinoteatrının qarşısındakı ərazilərdən birində keçirilməsini istəyirdi. Partiya mitinqi seçki islahatları tələbi və ölkədə bahalaşmaya etiraz şüarıyla keçirəcəyini bəyan edirdi.


Müsavatın mayın 4-də keçirmək istədiyi aksiyaya da partiyanın istədiyi meydanlarda yox, Bibiheybət qəsəbəsində keçirilməsinə razılıq verildiyindən partiya təbdiri təxirə salmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG