Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:20

Deputatlar onlara verilən kirayə haqqının artırılmasını istəyir


«Bakıda kirayədə yaşayan deputatlara verilən mənzil haqqı artırılmalıdır. İndiki məbləğ 10 il bundan əvvəl müəyyənləşib».


Bu barədə parlamentin mayın 16-da keçirilən iclasında Müsavat deputat qrupundan olan İltizam Əkbərli danışıb. Deputat deyir ki, onlara verilən kirayə haqqı bazar qiymətlərinə uyğunlaşdırılmalıdır. O, bununla bağlı spikerə iki dəfə müraciət etməsinə baxmayaraq, cavab almadığını deyib.


Spiker Oqtay Əsədov İltizam Əkbərlinin sorğusuna şifahi cavab verdiyini deyib: «Əgər istəyirsinizsə, sorğunuza yazılı da cavab verə bilərik».


XS
SM
MD
LG