Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:23

«Gedin həm çimin, həm də mitinqinizi keçirin…»


YAP-çı deputat Siyavuş Novruzov
YAP-çı deputat Siyavuş Novruzov

«Partiyaların qərargahla təmin edilməsində ayrıseçkilik edilir. Hətta parlamentdə təmsil olunan partiyaların da qərargah problemi var»- , Milli Məclisin mayın 16-da keçirilən iclasında deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu belə deyib. O, problemə görə Dövlət Əmlakının İdarə edilməsi üzrə komitənin qarşısında aksiya keçirilməsinə də icazə verilmədiyini deyib.


Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli də yalnız hakim Yeni Azərbaycan Partiyasından (YAP) başqa digər partiyaların qərargah probleminin olduğunu bildirib: «Belə olanda, partiyaları ağlara və qaralara bölün. Ağlar üçün hər şey olar, qaralar üçün yox».


YAP-dan olan deputat Siyavuş Novruzov isə həmkarlarının dövlətdən qərargah tələb etməsini onların köhnə sovet təfəkkürlü olmaları ilə izah edib. O, partiyalara icarəyə ofis götürməyi təklif edib.


YAP-çı deputat sərbəst toplaşmaq azadlığına da toxunub: «Sizə Şıxov çimərliyinin yanında yer ayrılıb. Qabaqdan da yay gəlir, gedin həm çimin, həm də mitinqinizi keçirin».


Spiker Oqtay Əsədov hakim partiyanın qərargahı olmasını üzvlərinin sayının çoxluğu ilə əlaqələndirib: «Qoy üzvlərinizin sayı çox olsun, siz də qərargah tikdirin».


Azərbaycanın bir sıra müxalifət partiyaları isə məhz qərargahları alındığı üçün effektli fəaliyyət göstərə bilmədiklərini deyirlər. 1998 və 2003-cü illərdə keçirilmiş prezident seçkilərindən sonra Milli İstiqlal və Müsavat partiyaları qərargahlarından çıxarılıb. 2006-cı ildə isə Xalq Cəbhəsi Partiyasının müvəqqəti fəaliyyət göstərdiyi qərargah əlindən alınıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG