Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:59

Toyda və yasda siyasət olmaz


Dövlət orqanın qarşısında toplantı keçirilməsi ilə bağlı məsafə 300 metrdən 200-dək azalır
Dövlət orqanın qarşısında toplantı keçirilməsi ilə bağlı məsafə 300 metrdən 200-dək azalır

«Sərbəst toplaşmaq azadlığı haqqında» qanun layihəsinə əlavə və dəyişikliklər Milli Məclisin İnsan haqları daimi komissiyasında müzakirəyə çıxarılıb. Məsələ mayın 16-da nəşr olunan bir sıra qəzetlərin diqqət mərkəzində olub.


Venesiya Komissiyasına üzvü Lətif Hüseynov deyib ki, sənədə ediləcək əlavə və dəyişikliyə əsasən, sərbəst toplaşmaq icazə yox, xəbərdarlıq əsasında həyata keçirilir: «Sənəddə xüsusi mülkiyyətlərin qarşısında da sərbəst toplaşmaq hüququ tanınır. Toy və yas mərasimlərində isə sərbəst toplaşmaq hüququ məhdudlaşdırıla bilər». Bu barədə «Yeni Müsavat» yazıb.


L.Hüseynov deyib ki, toplantıların qadağan olunması anlayışı, ümumiyyətlə, qanun layihəsindən çıxarılır: «Yalnız beynəlxalq tədbirlərə hazırlıq ərəfəsində sərbəst toplaşmaq qadağan edilə bilər. Bundan başqa, vətəndaşların əks toplantı keçirmək hüququ tanınır. Hər hansı orqanın qarşısında toplantı keçirilməsi ilə bağlı məsafə 300 metrdən 200-dək azalır. Ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlıqlarda sərbəst toplaşma ilə bağlı qadağa götürülüb».


Bakıda inşa olunan Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarət olacaqdır. Bina forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Prezident İlham Əliyev mayın 15-də YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə birlikdə mərkəzdə tikinti işləri ilə tanış olub. Bu barədə «Respublika» qəzeti məlumat verib.


Bildirilir ki, yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası olacaq.


«Rusiyada pivə istehsalının lideri olan «Baltika» şirkəti Azərbaycanda iri investisiya layihəsini reallaşdırmağa hazırlaşır. Söhbət yerli pivə istehsalı və satışı bazarında ən böyük paya malik olan «Baku Castel» zavodundan gedir. «Ekspress» yazır ki, Pivə Zavodunun alınması məqsədilə artıq Rusiya şirkəti ilə müqavilə imzalanıb.


Qəzet xatırladır ki, ölkədə pivə satışı bazarının 80%-i «Xırdalan»a, yerdə qalan hissə isə «Efes» və «Baltika»ya məxsusdur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG