Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:18

«Ermənistanın yeni hökumətindən heç bir konstruktivlik görmürük»


«Ermənistanın yeni hökumətindən heç bir konstruktivlik görmürük». Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim mayın 15-də bəyan edib.


O, deyib ki, iki ölkənin Xarici İşlər nazirlərinin görüşü «heç bir ümid yaratmayıb».


Elmar Məmmədyarovla Edvard Nalbandyan mayın 6-da Strasburqda bir-biri ilə tanış olub və məlumat toplayıblar.


Bununla yanaşı, X.İbrahim deyib ki, danışıqlar davam edəcək. Bakı ümidini itirməyib: «Həmsədrlər Ermənistanın yeni rəhbərliyinə düzgün mesajlar verməlidirlər ki, onlar konstruktiv addım atsınlar».


XİN rəsmisi bir daha vurğulayıb ki, növbəti danışıqlarda mart ayında BMT-də qəbul olunmuş «Azərbaycanın ərazi bütövlüyü haqqında» qətnamə əsas götürülməlidir.


Gələn ay Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüşəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG