Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:34

«Buşehr»ə göndərilən yüklərin tranzitində heç bir güzəşt olmayacaq»


Bir müddət əvvəl Azərbaycan Rusiyanın İrana göndərdiyi yükü gömrükdə saxlamışdı

Bir müddət əvvəl Azərbaycan Rusiyanın İrana göndərdiyi yükü gömrükdə saxlamışdı

Rusiyanın «Buşehr» Atom Elektrik Stansiyasına (AES) göndərdiyi yüklərin tranzitində heç bir güzəşt olmayacaq. Bunu mayın 15-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bəyan edib.


O, deyib ki bu məsələ beynəlxalq və yerli qanunvericiliklə tənzimlənir.


Bakıda səfərdə olan Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin bəyan edib ki, Azərbaycanla Rusiya «Buşehr» AES-ə yükün daşınmasında razılığa gəliblər.


Xəzər İbrahim isə deyir ki, razılaşma Moskva üçün heç bir istisnaları nəzərdə tutmur:


«Burada hansısa güzəştdən söhbət gedə bilməz. Qanun var, qayda var və heç kimin onları pozmağa haqqı yoxdur. Azərbaycan birmənalı olaraq bildirib ki ərazisindən bütün yüklər ölkənin qanunvericiliyinə uyğun keçəcək. Bundan sonra da qanun-qaydalara cavab verməyən yüklər Azərbaycan ərazisindən buraxılmayacaq».


Bir müddət əvvəl Azərbaycan Rusiyanın İrana göndərdiyi yükü gömrükdə saxlamışdı. Bakı yükün sənədlərini tələb edirdi. Həmin sənədlər XİN-ə təqdim edildikdən sonra yük buraxılıb.



Günün bütün mövzuları

XS
SM
MD
LG