Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:18

«Azərbaycan hakimiyyəti nə istədiyini bilmir»


Prezident Aparatından göndərilən layihədə təbliğat müddətinin qısaldılması nəzərdə tutulmur
Prezident Aparatından göndərilən layihədə təbliğat müddətinin qısaldılması nəzərdə tutulmur

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Prezident Aparatından parlamentə göndərilən layihə mətbuatda ciddi müzakirə olunmaqdadır. «Azadlıq» yazır ki, bu məsələni bir qədər də qaranlıq edən ötən gün deputatlara Prezident Aparatından göndərilən 2-ci bir sənədin paylanması oldu. Həmin sənəddə seçki kampaniyası zamanı təbliğat müddətinin qısaldılması və pulsuz efir vaxtıyıla bağlı bir sıra müddəalar yoxdu.


Məsələyə münasibət bildirən AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyir ki, Azərbaycan təcrübəsində bu cür hallar bir neçə dəfə baş verib: «Öncə parlamentə bir, daha sonra isə başqa məzmunda qanun layihəsi təqdim olunur. Bu əslində hakimiyyətin öz işini düzgün qurmaması ilə bağlı olan məsələdir. Çünki hakimiyyət özü nə istədiyini bilmir».


Qulamhüseyn Əlibəyli daha sonra bildirib: «Konstitusiyaya görə Prezident Aparatından təqdim olunmuş layihəyə dövlət başçısının razılığı olmadan heç bir dəyişiklik edilə bilməz. Deməli, dövlət başçısı dörd aylıq seçki təbliğatı müddətinin azaldılmasına qarşıdırsa, kiminsə istəyi ilə qanuna o dəqiqə dəyişiklik edilə bilməz. Əgər razılıq verəcəksə, deməli, bu dövlət başçısının oyunudur».


«Gün səhər» sə yazır ki, «Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı ciddi irəliləyişlərin gözlənildiyi bir məqamda hakimiyyət ortaya iki layihə çıxartmaqla siyasi qüvvələri çaş-baş saldı. İndinin özündə də iddialı siyasi partiyalarda hakimiyyətin nə üçün eyni vaxtda ortaya iki layihə çıxartması məsələsi müzakirə olunmaqdadır».


Keçmiş prezident Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Moskvada fotoalbom nəşr olunub. «Heydər Əliyev: Qəlbimin bir hissəsi Rusiyadadır...» adlı kitabı Heydər Əliyev Fondunun buraxıb.


«Azərbaycan» qəzeti yazır ki, kitaba 400-dən çox fotoşəkil daxildir. Fotoalboma ön sözü Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko yazıb.


Rusiyada yeni prezident seçkilərindən sonra yaranmış siyasi vəziyyət Azərbaycanda da müzakirə edilir. Politoloq Qabil Hüseynli «Üç nöqtə»yə müsahibəsində bu barədə danışıb.


«Mən uzağı 4-5 ay ərzində Putinlə Medvedyev arasında səlahiyyət davasının yaranacağını gözləyirəm. İnanmıram ki, komandanın formalaşdırılması səlahiyyəti Putinin əlində qalsın. Lakin paralel olaraq Medvedyev də öz komandasını formalaşdıracaq və bu komandada bəzi adamlar, ən azından Medvedyevə «pıçıldayacaqlar» ki, o prezidentdir. Bu qəribə səslənsə də, Medvedyevin özü də alim, elmlər doktorudur, gec-tez prezident olduğunu başa düşəcək və baş naziri yerində oturtmağa çalışacaq. Əgər baş nazir cızığından çıxacaqsa, prezident onu vəzifəsindən azad etmək dərəcəsinə də gəlib çıxa bilər».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG