Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:43

Gələn ay prezidentlər görüşəcəklər


Metyu Brayza deyir ki, münaqişənin sülh yolu ilə nizamlanmasına ümid var

Metyu Brayza deyir ki, münaqişənin sülh yolu ilə nizamlanmasına ümid var

Azərbaycan və Ermənistan prezidentlərinin gələn ay görüşməsi üçün razılq əldə edilib.


Bu barədə «Azadlıq» radiosuna açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza məlumat verib.


O, deyib ki, münaqişənin sülh yolu ilə nizamlanmasına ümid var: «Bu, əsassız ümidlər deyil. Prezidentlər və nazirlər bir-biri ilə tanış olur, mövqelərini öyrənirlər. Biz tərəfdən bu danışıqların təşkil edilməsi üçün zəmin var. Ümid edirik ki, əldə olunmuş razılaşmalar üzrə nəticəyə çatmaq kifayət qədər realdır. Amma bu qərarı liderlər verməlidirlər. Bu, onların hüququdur».


Prezidentlər iyunun 6-8-də Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Forum çərçivəsində görüşəcəklər. Bu, İlham Əliyevin Serj Sərkisyanla ilk təması olacaq.


Görüşün detallarını iki ölkənin Xarici İşlər nazirləri mayın 6-da Strasburqda müzakirə ediblər.


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da İlham Əliyevlə Serj Sərkisyanın gələn ay görüşəcəyini təsdiqləyib. O, deyib ki, bu görüş Yerevanın sülhə razı olub-olmadığını müəyyənləşdirəcək.


Sonuncu dəfə Azərbaycan və Ermənistan prezidentləri 2007-ci ilin iyun ayında Sankt-Peterburqda görüşüblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG