Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:59

Prezidentin qudası Bakıda yeni kurort zonası yaradacaq


Yeni kurort zonasının yaradılmasına 1 mlrd. dollar lazımdır

Yeni kurort zonasının yaradılmasına 1 mlrd. dollar lazımdır

Bakıda Xəzərin sahilində yeni kurort zonası yaradılacaq. Kurort zonası Nardaran və Pirşağı qəsəbələri arasındakı sahədə yerləşəcək və 300 hektar ərazini əhatə edəcək. Bu barədə «Krokus» qrupunun sahibi, Azərbaycan prezidentinin qudası Araz Ağalarov məlumat verib.


Cənab Ağalarov mayın 9-da jurnalistlərə bildirib ki, kurort zonasının yaradılması üzrə investisiyalar təxminən 1 mlrd. dollar həcmindədir:


«Azərbaycan tarixi və mədəniyyəti zəngin olan bir ölkədir. Azərbaycanı dünyada bu baxımdan tanıtmaq üçün belə bir yerdə kurort zonası yaratmaq lazımdır».


Biznesmen onu da deyib ki, layihəni reallaşdırmaq üçün dünya miqyaslı mütəxəssislər cəlb olunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG