Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:12

«Əgər siz çəpgözsünüzsə…»


«Biz kişi deyilik» mahnısı İranda ənənəvi cəmiyyətin tənqidinə yönəlib

«Biz kişi deyilik» mahnısı İranda ənənəvi cəmiyyətin tənqidinə yönəlib

«Ma Mard Nistim». Bu söz fars dilində «Biz kişi deyilik» deməkdir. Almaniyada məskunlaşmış «Tapeş 2012» adlı İran rep qrupunun son mahnısı belə adlanır. Mahnı İrandakı qadın hərakatı və qadınlara qarşı zorakılığa qarşı mübarizədən bəhs edir.


Qrupun yaradıcısı Omid Pur Yusifi deyir ki, «Biz kişi deyilik» mahnısı İranın ənənəvi cəmiyyətinə, oradakı qadınların üzləşdiyi sərt şəraitin tənqidinə yönəlib. Yusifi bildirir ki, 20 ildir Almaniyada yaşamasına baxmayaraq onun da ailəsində də belə çətin şərtlər mövcuddur:


«Mənim valideynlərim ali təhsillidirlər. Ancaq mən ailəmdə patrialxalizm hiss edirəm. Neçə illərdir Almaniyada yaşayırıq, bu hisslər atamda hələ də qalır. Anam atamla 50 ildir bir yerdə yaşayır, ancaq onun da bu problemi var».


YouTube-da yerləşdirilmiş bu mahnı qısa vaxtda böyük rəğbət qazanıb. Qrupun mahnılarının müəllifi, 27 yaşlı Şahin Nəcəfi İranın kişi əhalisinin bu mahnıya qarşı neqativ reaksiyasını gözlədiyini deyir. Çünki ənənəvi İran cəmiyyətində kişi sözü gücü, qüdrəti, qüruru ifadə edir:


«Bu, reallıqdır. Əgər siz çəpgözsünüzsə və kimsə bunu sizə xatırladırsa, siz əsəbiləşəcəksiniz».


Nəcəfi karyerasına İranda şair kimi başlayıb. İran hakimiyyətinin təzyiqlərindən sonra Almaniyaya köçüb və üç ildir orada yaşayır. Üzvləri arasında almanların və rusların da olduğu qrup 2012-ci ildə Tehranda konsert vermək istəyir. Pur Yusifi öz layihəsi haqqında nikbindir:


«Xəyallar daha vacibdir. Əgər biz nəyəsə inansaq, ona nail olarıq».


«Biz kişi deyilik» mahnısı İran hakimiyyətinin qadın hüquqları uğrunda hərəkata təzyiqlərinin artdığı, kişi və qadın hüquqları bərabərliyi uğrunda 1 milyon imza toplamaq kampaniyası dövrünə təsadüf edir.


«Tapeş 2012» qrupu indiyə qədər «İran bizik» və «Tehrandan Berlinə qədər» adlı iki albom buraxıb. Yaxınlarda üçüncü albom da hazırlanacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG