Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:18

Öncə tütün, indi də spirt…


2006-cı ildə Avropada zorakılıq hallarının tən yarısı içkili insanlar tərəfindən törədilib
2006-cı ildə Avropada zorakılıq hallarının tən yarısı içkili insanlar tərəfindən törədilib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qərara alıb ki, həddən artıq spirt istehlakına qarşı tədbirlər görsün. Təşkilatın mayın 19-u Cenevrədə keçiriləcək illik iclasında üzv ölkələr bu istiqamətdə qlobal strategiya planı üzərində işləyəcəklər. Bundan öncə tütünlə bağlı müqavilə onu imzalayanları məcbur etdi ki, milli qanunlarda tütün əleyhinə ölçülər yer alsın. Spirtə qarşı qlobal strategiya planının təşəbbüskarları Dünya Səhiyyə və Britaniya Səhiyyə Assosasiyasıdır.


Təşəbbüskarları narahat edən cəhət təkcə o deyil ki, spirtli içkilər onlara aludə olanların qaraciyər və beyinlərinə zərər yetirir. Əsas narahatçılıq onunla bağlıdır ki, spirtli içkilərdən geniş istifadə həm də cinayət hallarının və uşaqlara qarşı etinasızlığın artmasına səbəb olur.


Böyük Britaniyanın Həkimlər Kollecindən İan Gilmor deyir ki, spirtin zərəri siqaretinkindən çoxdur. Onun dediyinə görə, zorakılıq və ana bətnində olan uşaqlara dəyən ziyan, arzuolunmaz hamiləliyin və cinsi yolla keçən xəstəliklərin artması baxımından spirtin zərəri daha çoxdur.


ÜST və Avropa Komissiyasının araşdırmasına görə 2006-cı ildə Avropada baş vermiş zorakılıq hallarının tən yarısı içkili insanlar tərəfindən törədilib. Məişət zorakılığının 40 faizi və adam öldürmə hallarının 40 faizini törədənlər içkili insanlar olub. Uşaqlara qarşı qəddar olanların da 16 faizi məhz spirtli içki aludəçiləri olublar.


ÜST rəsmisi Vladimir Poznyak iddia edir ki, spirt istehlakına qarşı ən effektiv ölçülərdən biri vergiyə cəlb etmədir. O, təklif edir ki, spirtin qədərindən asılı olaraq vergi tətbiq olunsun. Yəni, kim çox içmək istəyirsə, bu onun üçün daha çox vergi deməkdir.


Bəzi ölkələr isə artıq spirtli içki satışını azaltmağa müvəffəq ola biliblər. Məsələn, Braziliyanın Diadem şəhərində axşam saat 11-dən sonra spirtli içki satışına qadağa qoyulub və son üç ildə bu şəhərdə adam öldürmə halları 44 faiz azalıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG