Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:21

«Həmməruzəçilərin hesabatı loyaldırmı?»


Həmməruzəçilərin hazırladığı sənəd AŞ PA-nın iyun sessiyasında müzakirə olunacaq
Həmməruzəçilərin hazırladığı sənəd AŞ PA-nın iyun sessiyasında müzakirə olunacaq

AŞ PA həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın imzası ilə «Azadlıq» blokuna müraciət daxil olub. Həmin müraciətdə həmməruzəçilər Azərbaycana etdikləri səfərin nəticəsi olaraq gəldikləri qənaətləri açıqlayıblar. Bu sənəd həmçinin AŞ PA-nın iyun sessiyası zamanı hazırlanacaq hesabatda yer alacaq. Həmin sənədlə tanış olan «Azadlıq» blokunun sədrlər şurası bəyan edib ki, hesabat Azərbaycandakı real həqiqətləri əks etdirmir. Bu barədə «Gün səhər» yazıb.


Bloka daxil olan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan qəzetə bildirib ki, bu sənədlə artıq tanış olub. Onun sözlərinə görə, sənəd loyal mövqedən hazırlanıb. Liberal Partiyasının sədr əvəzi onu da xatırladıb ki, hələlik təmsil olunduğu blok məlum hesabatla bağlı mövqeyini açıqlamaq niyyətində deyil: «Yaxın günlərdə həmməruzəçilər Bakıya səfər edəcəklər. Blok rəhbərləri onlarla görüşərək bu istiqamətdə müzakirələr aparandan sonra yekun mövqelərini açıqlayacaqlar».


Müsavat Partiyasının başqanı İsa Qəmbər isə «GÜN səhər»ə açıqlamasında həmin sənədlə artıq tanış olduğunu deyib. O, sənədin loyal mövqedən tərtib edilməsinə dair «Azadlıq» bloku tərəfindən səsləndirilən fikirlərlə də razı olmadığını söyləyib: «Belə fikir formalaşır ki, beynəlxalq təşkilatlar daha prinsipial mövqe sərgiləməlidirlər. Çünki hakimiyyət bu təşkilatların qarşısında öhdəlik götürüb və onu yerinə yetirmir. Bu mənada demokratik ictimaiyyət daha prinsipial mövqe gözləyir. Həmməruzəçilərin hazırladıqları məruzənin obyektivliyinə şəxsən mənim şübhəm yoxdur».


«Biz Azərbaycanda siyasi və iqtisadi islahatları paralel şəkildə həyata keçiririk və hər iki istiqamətdə böyük nailiyyətlər əldə etmişik». Prezident İlham Əliyev Bakıda keçirilən «Demokratiya və sabitlik naminə» konfransın nümayəndələrini qəbul edərkən belə deyib. Məlumatı «Azərbaycan» qəzeti yayıb.


Prezident daha sonra bildirib: «Hamımız yaxşı bilirik ki, son illər ərzində bəzi hallarda demokratiya mövzusu süni şəkildə ortalığa atılır və bəzi ölkələrin dairələrinin maraqlarının təmin olunması üçün bu və ya digər ölkə ya demokratik, ya da qeyri-demokratik ölkə kimi qələmə verilir. Biz bəzi hallarda ikili standartlar elementləri ilə də qarşılaşırıq».


«Dünya bazarlarında baş verən maliyyə böhranının əsasında dolların məzənnəsinin başqa valyutalara nisbətən kəskin aşağı düşməsi dayanır. Çünki istehlak bazarında hər növ qiymət artımı da bu proseslə bağlıdır». İqtisadçı alim Vüqar Bayramov «Üç nöqtə»yə belə deyib.


Ekspert Azərbaycan bəzən maaşların dollarla verilməsinin işçilərinin gəlirlərinin azalmasına təsir etdiyini deyir: «Azər­bay­can­da bir sı­ra xa­ri­ci şir­kət­lər maaş­la­rı dol­lar­la ve­rir. O­nu da ma­na­ta çe­vir­dik­də iş­çi­lər xey­li zə­rə­rə dü­şür. Bü­tün hal­lar­da bu iş­çi­lə­rin əmək haq­la­rı­nın az ol­ma­sı­na gə­ti­rib çı­xa­rır. Vax­tı ilə xa­ri­ci şir­kət­lər­də ça­lı­şan iş­çi­lə­rin əmək haq­la­rı öl­kə üz­rə ən yük­sək əmək haq­qı ka­te­qo­ri­ya­sı­na da­xil idi­sə, son iki il­də ar­tıq fərq­li və­ziy­yət ya­ra­nıb».


XS
SM
MD
LG