Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:12

Faşizm üzərində qələbədən 63 il keçir


İndi Azərbaycanda 40 minədək müharibə veteranı var

İndi Azərbaycanda 40 minədək müharibə veteranı var

Mayın 9-da Sovet ordusunun faşist Almaniyası üzərində qələbəsindən 63 il keçir. Hitler Almaniyasının hərbi rəhbərliyi 1945-ci ildə mayın 8-də təslim olmaq haqqında sazişi imzalayıb.


May 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil. 1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub.


Həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft yanacağı göndərib, eyni zamanda benzin və sürtkü yağlarına olan tələbatın 75-90%-ni ödəyib.


İndi Azərbaycanda 40 minədək müharibə veteranı var, onlardan 12 min 500-ü döyüşlərdə iştirak edib. O dövrün ən ali mükafatını Sovet İttifaqı Qəhrəmanı adını almış 134 nəfərdən sağ qalan yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG