Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:58

Vladimir Putin baş nazir oldu


V. Putin bundan əvvəl 1999-cu ildə də baş nazir vəzifəsində çalışıb

V. Putin bundan əvvəl 1999-cu ildə də baş nazir vəzifəsində çalışıb

Rusiya Dövlət Dumasının mayın 8-də keçirilən növbədənkənar iclasında keçmiş prezident Vladimir Putinin baş nazirliyə namizədliyi təsdiqlənib.


448 deputatdan 392 nəfəri prezidentin təqdimatını dəstəkləyib, 56-sı əleyhinə səs verib.


V. Putin Dumadakı çıxışında ölkədə kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirəcəyini deyib. O, vətəndaşların gəlirlərinin artırılması, sosial müdafiəsinin gücləndirilməsini də zəruri hesab edib.


V. Putin bundan əvvəl 1999-cu ildə də baş nazir vəzifəsində çalışıb. O, 2000-2004-cü il seçkilərində prezident seçilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG