Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:45

Azərbaycan kitablarına Tehranda böyük maraq var


Beynəlxalq Tehran kitab sərgisi mayın 1-də açılıb

Beynəlxalq Tehran kitab sərgisi mayın 1-də açılıb

21-ci Beynəlxalq Tehran kitab sərgisi davam edir. İranın paytaxtında ənənəvi olaraq hər il keçirilən bu sərgidə Azərbaycanı iki təşkilat – ölkənin İrandakı səfirliyi və Bakı Kitab Klubu təmsil edir. Kitab Klubunun ekspozisiyası «Əl-Hoda» nəşriyyatının Bakı şöbəsi ilə birgə təşkil olunub.

Bakı Kitab Klubunun direktoru Elxan Rzayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, sərgidə 87 ölkənin nümayəndələri iştirak edir. Sərgidə hətta ABŞ-ın «Oksford» nəşriyyatının kitabları da nümayiş etdirilir.


Rzayev deyir ki, sərgidə təqribən 20-yə qədər Azərbaycan nəşriyyatının kitabları nümayiş etdirilir. Bu kitablara maraq böyükdür. Sərgi təşkilatçıları istisna olaraq Azərbaycan təmsilçilərinə gətirdikləri kitabların satışına icazə veriblər. Klubun direktoru onlara çoxlu işgüzar təkliflərin olduğunu da bildirib.


Beynəlxalq Tehran kitab sərgisi mayın 1-də açılıb. Sərginin bu ayın 11-dək davam edəcəyi gözlənir.


Günün bütün mövzuları

XS
SM
MD
LG