Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:34

Vəkilləri Qənimət Zahidə bəraət verilməsini istəyirlər


Qənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib
Qənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib

Mayın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Abdin Abdinbəyovun sədrliyilə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


Proses redaktorun vəkillərinin çıxışı ilə başlayıb. Vəkil Əlayif Həsənov nə istintaqda, nə də məhkəmə prosesində Qənimət Zahidin hər hansı günahının sübuta yetirilmədiyini əsas gətirərək hakimdən jurnalistə bəraət verməsini istəyib.


Vəkil Elçin Sadıqov da apellyasiya şikayətini konkret sübutlarla əsaslandırıb. Digər vəkil Osman Kazımov isə Qənimət Zahidin həbsinin siyasi sifariş olduğunu deyərək, apellyasiya şikayətinin təmin ediləcəyinə şübhə ilə yanaşdığını bildirib.


Məhkəmə prosesi mayın 12-də dövlət ittihamçısının çıxışı ilə davam etdiriləcək.


Yasamal Rayon Məhkəməsi «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidi xuliqanlıqda təqsirli bilərək onun 4 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. Jurnalist həbsini siyasi sifariş sayır və bunu yazdığı radikal yazılarla əlaqələndirir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG