Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:53

Adamı səhv etməyə qoymayan səsli papaq…


Beynimizin öz cədvəli, bizim şüurumuzdan ayrı gündəliyi var?
Beynimizin öz cədvəli, bizim şüurumuzdan ayrı gündəliyi var?

Yorucu işi görəndə firki yayınanı, mürgüləyəni anlamaq olar. Amma elə işlər var ki, onu görəndə yatmaq qətiyyən olmaz. Bir anlıq təsəvvür edin cərrahın, pilotun iş vaxtı mürgüləməsi nə deməkdir…


Alimlər bunun da yolunu deyəsən, tapırlar. Onlar yeni, səsli papaq hazırlamaq istəyirlər ki, işçi səhv etməyə hazırlaşanda papaq səs salsın.


Norveçin Berqen Universitetindən Tom Eşli və həmkarları beyni yoxlayan xüsusi aparatlardan - maqnitli rezonans maşınlardan istifadə edir, iş görən adamın diqqətinin yayınmasından xəbər verə bilirlər.


Adam yatanda belə beyin tam sönmür. Sadəcə, fəallıq beynin başqa hissələrinə keçir. Alimlərin təcrübəsi zamanı iki maraqlı hadisə baş verib. Məlum olub ki, beyin kürəciklərinin birləşdiyi hissə adam yuxuya gedəndə belə, fəal olur: «Bu, elə bir yerdir ki, adam dincələndə, heç nə etməyəndə belə, aktiv olur, işarə verə bilir. Dincələndə ön hissə daha az iş görür».


«Siz maşın sürəndə həmişə hərəkətləriniz barədə düşünmürsünüz, amma sürürsünüz, qırmızı işıqda dayandırırsınız, ayağınızı əyləcə basırsınız. Baxır, siz nəyi şüurlu, nəyu şüuraltı, nəyi avtomatik olaraq edirsiniz»
Amma əgər adamın bütün diqqəti işdədirsə, beynin ön hissəsi daha aktiv olmalıdır.



Tom Eşlinin komandası aşkar edib ki, kürəciklərin birləşdiyi hissə adam səhv etməyə hazırlaşanda da aktiv olur. (Tapşırıq yerinə yetirilərkən yol verilən səhvlər nəzərdə tutulur).


Amma alimlər adam səhv edəndə beyində nə baş verdiyini hələ tam araşdıra biməyiblər. Amma onlar əmindirlər ki, beyni nəzərdən keçirə bilən texnologiyanı, beynin fəaliyyətini əks etdirən vasitələrlə birləşdirə bilsələr, səhv barədə xəbərdarlıq edən papaq düzəldə bilərlər.


Tom Eşli deyir ki, əslində, hər kəs özlüyündə xəbərdarlıq sistemi formalaşdırıb, sadəcə, həmin sistemlərə tam bel bağlamaq olmur: «Təkamül nəticəsində insanın beynində xəbərdarlıq sistemi formalaşıb. Məsələn, siz böyük yolda mürgüləsəniz, qəfil ayılırsız, qorxursuz. Sizi oyadan şəxsi, kiçik xəbərdarlıq sisteminizdir».


Başqa bir araşdırma zamanı isə məlum olub ki, beyin kürələrinin qovuşduğu hissə adam səhv etməyə hazırlaşandan əvvəl də çox fəal olur. Halbuki adam çox vaxt etdiyi səhvdən sonra xəbər tutur.


Bu, o deməkdirmi ki, beynimizin öz cədvəli, bizim şüurumuzdan ayrı gündəliyi var?


Norveçin Berqen Universitetindən Tom Eşli deyir ki, var. Bu, bizim, məsələn, maşın sürərkən etdiyimiz hərəkətlərə bənzəyir: «Siz maşın sürəndə həmişə hərəkətləriniz barədə düşünmürsünüz, amma sürürsünüz, qırmızı işıqda dayandırırsınız, ayağınızı əyləcə basırsınız. Baxır, siz nəyi şüurlu, nəyu şüuraltı, nəyi avtomatik olaraq edirsiniz».


Tom Eşli deyir ki, beynin özünün, şüurdan ayrı gündəliyinin olması qorxulu deyil, «yəqin ki, bu, beynimizdə dövr edən tsikllərdən biridir».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG