Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:39

Nazirlərin görüşü tanışlıq xarakterli olub


Mayın 6-da Strasburqda Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü tanışlıq xarakterli olub.


Məlumatı «Azadlıq» radiosuna XİN-in sözçüsü Xəzər İbrahim bildirib. Onun sözlərinə görə, nazirlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsini də müzakirə ediblər.


Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri ilə yanaşı ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.


Mayın 7-də isə Elmar Məmmədyarov Avropa Şurasının Nazirlər Komitəsinin toplantısında çıxış edəcək. Nazirin bir neçə ölkədən olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.



XS
SM
MD
LG