Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:10

«Mərkəzdə mitinq keçirsək, görün şəhər nə vəziyyətə düşər»


Mehdiyev ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu deyir
Mehdiyev ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu deyir

«Bakının mərkəzində mitinq olmadan da kifayət qədər tıxacların yaranması insanların sərbəst hərəkətinə imkan vermir. Əgər biz mitinqləri də mərkəzdə keçirsək, görün şəhər nə vəziyyətə düşər. Bu qadağa təkcə müxalifətə yox hamıya aiddir».


Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev belə deyib. O, prezident seçkiləri ərəfəsində namizədlərin təbliğatı üçün hər bir rayonda orta hesabla 3-4 yer ayrıldığını da bildirib.


Beynəlxalq təşkilatlar və ölkə müxalifəti ölkədə sərbəst toplaşmaq azadlığının pozulduğunu dəfələrlə bildiriblər.


Ramiz Mehdiyev ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu da deyib: «Azərbaycan Amerikanın tərəfdaşıdır. Hesab edirəm ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək». O, bu barədə jurnalistlərə mayın 7-də bildirib.


Mayın 3-də isə Ramiz Mehdiyev ABŞ-ın Azərbaycandakı prezident seçkisinin demokratik keçirilməsi üçün vəsait ayırmasını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirmişdi. Mehdiyev həmçinin dövlət katibi Kondaliza Raysın Azərbaycanda demokratiya və mətbuat azadlığı barədə bəyanatını «qeyri-ciddi» münasibət adlandırmışdı.


ABŞ səfiri Enn Ders bildirib ki, Amerika bu il keçirilən prezident seçkisinə dəstək məqsədi ilə Azərbaycana 3 milyon dollar yardım edəcək. Diplomat deyib ki, bu vəsait siyasi partiyaların və seçki sisteminin güclənməsinə sərf ediləcək.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG