Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:44

«Balaca, ciddi, yaşlı kişi…»


Bu gün Medvedyev sovet hökuməti dağılandan sonra Rusiyanın üçüncü prezidenti kimi and içir
Bu gün Medvedyev sovet hökuməti dağılandan sonra Rusiyanın üçüncü prezidenti kimi and içir

Mayın 7-dən Dmitri Medvedyev Rusiya prezidenti kimi and içəcək. Sovet hökuməti dağılandan sonra Medvedyev Rusiyanın üçüncü prezidentidir. O, bu postda Vladimr Putini əvəzləyəcək.


Bundan sonra Putinin baş nazir kimi fəaliyyət göstərəcəyi gözlənilir.


Dmitri Medvedyev kimdir?


Dmitri Anatoliyeviç Medvedyev 1965-ci il sentyabrın 14-ü Leninqradda ziyalı ailəsində doğulub. Ailənin tək uşağıdır. Atası Anatoli Afanasiyeviç Medvedyev Leninqrad Texnoloji İnstitutunun professoru olub. Anası Yulia Veniyaminovna Sapoşnikova Leninqrad Pedoqoji İnstitutunda müəllim, daha sonra isə şəhər muzeyində bələdçi kimi çalışıb. Belə bir söhbət də gəzirdi ki, onun anası yəhudidir.


Amma seçkidən sonra Rusiyanın Pravoslav Kilsəsi Medvedyevin namizədliyini təsdiqlədi və elan etdi ki, onu xristian kimi tanıyır. Müsahibələrinin birində Medvedyev özü də boynuna alıb ki, yetkinlik yaşında xaç suyuna salınıb. Amma o, yəhudi olması barədə səslənən fikirlərin əsassız olduğunu da deyib.
Medvedyevin yetkinlik dövrü 1970-ci illərə təsadüf edib. O zaman əksər Sovet yeniyetmələri qərb mədəniyyətinin, xüsusilə də rokun vurğunu idi. Medvedyevin dediyinə görə o da ağır metal qruplarının, xüsusilə də Led Zeppelin, Black Sabbath və Deep Purplenin fanatı olub və hələ də olmaqdadır. O hətta bu il Putinlə birlikdə Kremldə Deep Purplenin konsertində də iştirak edib.


Medvedyevin ilk müəllimi Vera Smirnovanın da Medvedyev haqqında dedikləri maraqlıdır. Onun sözlərinə görə, Medvedyev çalışqan, həmişə axtarışda olub, heç vaxt öz yaşıdları ilə top dalınca qaçmaqla vaxt keçirməyib: «O, həmişə balaca, ciddi, yaşlı kişiyə bənzəyirdi»- ilk müəllimi Vera Smirnova belə deyir.


Medvedyev həyat yoldaşı Svetlana Linniklə ilk dəfə Leninqradın 301 saylı orta məktəbində rastlaşıb. Onlar 1989-cu ildə Medvedyev 24 yaşında olarkən ailə həyatı qurublar. İndi onların 9 yaşlı, İlia adlı oğulları var.


1982-ci ildə orta məktəbi bitirdikdən sonra Medvedyev Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Bu fakültə o zaman öz nüfuzu ilə tanınırdı, 19-20-ci əsrlərdə bir çox siyasi xadimlər, o cümlədən çar dövründə nazirlər şurasının rəhbəri olmuş Baris Sturmer, 1917-ci ildə keçid hökumətinin rəhbəri olmuş Aleksandr Kerenski və Vladimir Lenin də bu fakültənin məzunları olmuşdu.


Universiteti bitirdikdən sonra Medvedyev o vaxt Leninqradın meri olan Sobçakın komandasına qoşulub. Sobçakın birinci müavini Putin onu şəhərin hüquq məsələləri üzrə eksperti seçib. Medvedyev Putinlə 1996-cı ilədək çalışmış və onun dostu və sadiq məsləhətçisinə çevrilmişdir.


2000-ci ildə Medvedyev Rusiyanın o vaxtki baş naziri Putinin prezident seçkisi kompaniyasına rəhbərlik edib. 2004-cü ildə Putin onu prezident administrasiyanın rəhbəri seçib. Bir il sonra isə Medvedyevi baş nazirin birinci müavini vəzifəsinə təyin edib.


Əksər siyasi şərhçilərə görə, Medvedyev Putin siyasi sisteminin törəməsi olduğundan hazırda ölkənin həm daxili, həm də xarici siyasətində ciddi dəyişikliklərin olcağı gözlənilən deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG