Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:47

Müharibə veteranları 150 manat birdəfəlik yardım alacaq


Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsinin azərbaycanlı iştirakçılarına 150 manat məbləğində birdəfəlik yardım edilməsi barədə sərəncam verib. Bu yardımı hazırda yaşayan müharibə veteranları alacaq. Bu və ya digər formada müharibə iştirak etmiş, amma hazırda həyatda olmayan veteranların yaxınlarına isə 100 manat məbləğində birdəfəlik yardım veriləcək. Bu yardım aşağıdakı kateqoriyadan olan müharibə iştirakçılarına veriləcək:


- 1941-1945-ci illər müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına;


- Arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə;


- Həmin müharibə illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə;


- İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına.
Sərəncamın icrası məqsədi ilə prezidentin ehtiyat fondundan 5,6 milyon manat vəsait ayrılır.


Prezidentin sərəncamı imzalandığı andan qüvvəyə minir və yardım Dövlət Sosial Müdafiə Fondu vasitəsilə sahiblərinə çatdırılacaq.


Böyük Vətən müharibəsində 600 mindən artıq azərbaycanlı iştirak edib. Onlardan 300 mini döyüşlərdə həlak olub.


XS
SM
MD
LG