Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:00

Jurnalist rektora qarşı


Yaşar Ağazadə Abel Məhərrəmovun cərimələnməsini istəyir

Yaşar Ağazadə Abel Məhərrəmovun cərimələnməsini istəyir

Mayın 6-da Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə «Müxalifət» qəzetinin yazarı Yaşar Ağazadənin Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Jurnalist iddia edir ki, Abel Məhərrəmov onunla bağlı Maliyə naziri Samir Şərifova yazdığı məktubda təhqirə yol verib: «Maliyyə Nazirliyinə sorğu vermişəm ki, BDU-da keçirdikləri yoxlamaların nəticələri ilə bağlı mənə rəsmi informasiya versinlər. Samir Şərifov da rektora şifahi müraciət edərək ona bu haqda bildirib. Abel Məhərrəmov Samir Şərifova rəsmi məktub göndərərək 2003-cü ildə yazdığım məqaləyə görə, mənə yoxlamalarla bağlı informasiya verməyin məqsədəuyğun olmadığını deyib».


Rektor nazirə yazdığı məktubda bildirir ki, Yaşar Ağazadə iki dəfə BDU-nun hüquq fakültəsində ikinci təhsil almaq üçün müsabiqədə iştirak etsə də, qəbul ola bilməyib. Abel Məhərrəmovun sözlərinə görə, bundan sonra jurnalist BDU ilə bağlı «Müxalifət» qəzetində şantaj, böhtan dolu yazılar yazıb. 2003-cü ildə Universitetin qaldırdığı iddia əsasında «Müxalifət» qəzeti 10 min yeni Azərbaycan manatı dəyərində cərimələnib. Bu fakta əsaslanan rektor bildirir ki, əgər Yaşar Ağazadə BDU-dakı maliyyə yoxlamaları ilə bağlı informasiya əldə etsə, bundan öz şəxsi maraqları üçün yararlana bilər. Ona görə də sorğuya cavab verilməsi məqsədəuyğun deyil.



«Bu, qanun pozuntusudur. Belə sənədlər üzərində heç bir qrif, məhdudlaşdırıcı norma ola bilməz. «İnformasiya əldə etmək haqqında» və «Dövlət sirri haqqında» qanunlarda da göstərilir ki, belə informasiyalar heç cür məhdudlaşdırılmamalıdır»

Yaşar Ağazadə məktubda böhtançı kimi qələmə verildiyinə görə, məhkəmədən Abel Məhərrəmovun cərimələnərək 1000 manat Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsini və tələb etdiyi informasiyanın ona verilməsini təmin etməyi xahiş edir.


Məhkəmə prosesinə ekspert qismində dəvət edilmiş Dilçilik İnstitutunun şöbə müdiri İsmayıl Məmmədov bildirir ki, rektorun yazdığı məktubda heç bir təhqir elementi yoxdur. Hakim isə ondan məhkəməyə yazılı rəy təqdim etməsinin istəyərək növbəti prosesi mayın 7-nə təyin edib.


Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, dövlət büdcəsindən xərcləmələrə görə, istənilən sənəd ictimaiyyət üçün açıqdır. Ona görə də bu sənədin hər hansı vətəndaşa, xüsusən ictimai funksiya həyata keçirən jurnalistə verilməsini qanunla heç bir şey əngəlləmir: «Bu, qanun pozuntusudur. Belə sənədlər üzərində heç bir qrif, məhdudlaşdırıcı norma ola bilməz. «İnformasiya əldə etmək haqqında» və «Dövlət sirri haqqında» qanunlarda da göstərilir ki, belə informasiyalar heç cür məhdudlaşdırılmamalıdır».


Jurnalistin təhqir olunması ilə bağlı iddiasına gəlincə, Ələsgər Məmmədli bildirir ki, əgər Dilçilik İnstitutunun eksperti bununla bağlı rəy verirsə və məhkəmə bunu əsas götürürsə, o zaman bu rəyə hörmətlə yanaşılmalıdır.


Bununla belə, hüquqşünas Yaşar Ağazadənin ünvanına söylənən «iyrənc metodlara əl atan, şantaj, böhtan dolu yazılar yazan jurnalist» ifadələrinin işlədilməsilə onun ictimai imicinə ziyan vurulduğunu düşünür. Buna görə də Ağazadəni məhkəmə qarşısında iddia qaldırmaqda haqlı sayır.


Günün bütün mövzuları

XS
SM
MD
LG