Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:37

Ünvanlı sosial yardım 1 illiyə veriləcək


«Ünvanlı sosial yardımın həcmi və əhatə dairəsinin genişlənməsi gözlənilir. Bu günlərdə ünvanlı sosial yardım haqqında qanuna iki ciddi dəyişiklik ediləcək. Prezident artıq bu barədə göstəriş verib».


Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli belə deyir. Onun sözlərinə görə, dəyişiklikdən sonra aztəminatlı ailələrə sosial yardım əvvəlki kimi 6 aylığa yox, 1 illiyə veriləcək. Digər dəyişiklik isə odur ki, yardım alarkən nöqsanlara yol verən vətəndaşlar artıq 2 il yox, 1 il müddətinə sözügedən məbləği almaqdan azad olunacaqlar.


Komissiya sədri deyir ki, daha bir əhəmiyyətli dəyişiklik də ərizənin verilmə vaxtı ilə bağlı olacaq. Belə ki, vətəndaş yardım almaq üçün ərizəni ayın neçəsində verməsindən asılı olmayaraq, vəsait ona həmin ayın 1-dən hesablanacaq.


Hadı Rəcəbli may ayının 17-də qanuna dəyişikliyin Milli Məclisdə müzakirə olunacağını istisna etmir.


XS
SM
MD
LG