Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:49

Seçki Monitorinq Mərkəzinin məhkəməsi mayın 8-də davam etdiriləcək


Mayın 5-də Xətai Rayon Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə Ədliyyə Nazirliyinin Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatının etibarsız sayılması və ləğv edilməsi iddiası üzrə hazırlıq iclası keçirilib.


SMM-in hüquqlarını müdafiə edən nümayəndə İntiqam Əliyev hakimdən iddia ərizəsinin qəbul edilməməsini xahiş edən vəsatətlə çıxış edib. Əliyev buna əsas kimi Ədliyyə Nazirliyinin indiyədək Mərkəzin fəaliyyəti ilə bağlı hər hansı xəbərdarlıq və ya göstərişinin olmadığını, ancaq qanunvericilikdə ictimai birliyin qeydiyyatının ləğvinədək ən azı 3 dəfə yazılı xəbərdarlıq və ya göstəriş verilməsinin nəzərdə tutulduğunu xatırladıb. Vəsatət təmin olunmayıb.


Məhkəmə baxışı mayın 8-nə təyin edilib.


Prosesi bir sıra səfirliklərin, yerli və beynəlxalq təşkilatların nümayəndələri müşahidə ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG