Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:24

Heydər Əliyev olduğu kimi


Festivalın əsas məqsədi Heydər Əliyev haqda cəmiyyətə daha çox və dürüst məlumat verməkdir
Festivalın əsas məqsədi Heydər Əliyev haqda cəmiyyətə daha çox və dürüst məlumat verməkdir

Mayın 5-də ANS Şirkətlər Qrupuna daxil olan VVS şirkəti və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə «Heydər Əliyev» Beynəlxalq Film Festivalı başlanıb.


ANS PRESSin məlumatına görə, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev deyib ki, «bu festival Azərbaycanın müasir tarixinin banisi olan Heydər Əliyev haqqında insanlara kifayət qədər məlumat verəcək, onu olduğu kimi bizə çatdıracaq».


Mustafayev bildirib ki, festivalın əsas məqsədi Heydər Əliyev haqda cəmiyyətə daha çox və dürüst məlumat verməkdir: «Qərara gəldik ki, filmlərin nümayişi ilə Heydər Əliyevin həyatı, onun vətənpərvər vətəndaş olması haqqında, yüksək səviyyədə peşəkar siyasətçi, dövlət xadimi kimi məlumat verə bilək. Gələn ildən bu festival beynəlxalq festival olacaq».


Şirkət prezidenti filmlərdə əsasən, Heydər Əliyevin fəaliyyəti haqqında danışan və onun bu günə qədər tanınmamış tərəflərini açıqlayan mövzulara üstünlük veriləcəyini vurğulayıb.


Mayın 10-da keçmiş prezident Heydər Əliyevin anadan olmasının 85 ili tamam olur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG