Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:32

«Azərbaycanın məqsədlərini dəstəkləyiriksə bu, necə müdaxilə sayılır?»


Amerika səfirliyinin rəsmisi Conatan Henik, 4 iyul 2007

Amerika səfirliyinin rəsmisi Conatan Henik, 4 iyul 2007

«Bizim proqramlarımız tam şəffafdır və Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsini tam dəstəkləyir. Azərbaycanın hökumət nümayəndələri bildirib ki, oktyabr seçkiləri tam şəffaf, ədalətli olacaq, bizim bütün proqramlarımız da bu məqsədləri tam müdafiə edir».


Amerika səfirliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik deyir ki, Amerika proqramlarının əksəriyyətini Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirir: «Əgər biz Azərbaycanın öz məqsədlərini dəstəkləyiriksə bu, necə müdaxilə sayıla bilər».


Amerika bu il Azərbaycanda keçiriləcək prezident seçkisinə dəstək məqsədi ilə Azərbaycana 3 milyon dollardan sox yardım edəcək. Bu vəsait siyasi partiyaların və seçki sisteminin güclənməsinə sərf ediləcək.


Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevsə bildirib ki, ABŞ-ın Azərbaycandakı seçkilərə vəsait ayırması ölkənin daxili işlərinə müdaxilədir.


Müstəqil ekspertlər isə deyirlər ki, əslində Azərbaycan hökumətinin narahatlığı Amerikanın seçkilərə dəstək məqsədilə ayırdığı vəsait yox, bu vəsaitin siyasi partiyaların və seçki sisteminin güclənməsinə sərf ediləcəyi ilə bağlı deyilənlərdir.


«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Amerika ilə Azərbaycan arasında hökumətlərarası müqavilələr var, hər iki ölkə demokratiya, seçkilər, söz və mətbuat azadlığı, insan haqları sahəsində əməkdaşlığa dair üzərilərinə öhdəliklər götürüblər. Onun sözlərinə görə məhz bunun üçün də, ABŞ-ın Azərbaycandakı seçkilərə vəsait ayırması normal haldır:


«Mənə elə gəlir ki, Azərbaycanla bağlı Kondaliza Raysın, Buşun dilindən tənqidi fikirlərin səslənməsi hökumətin qıcıqlanmasına səbəb olub».


Siyasi ekspert Ərəstun Oruclu deyir ki, Amerikanın ayırdığı vəsait həqiqətən də ölkədə ədalətli və demokratik prezident seçkisinin keçirilməsinə kömək edə bilər. Bir şərtlə ki, bu vəsait müstəqil qeyri-hökumət təşkilatları tərəfindən «exit-poll»arın keçirilməsinə, söz və mətbuat azadlığı məsələlərinə sərf olunsun.


Günün bütün mövzuları

XS
SM
MD
LG