Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:59

«ABŞ-ın seçkilərə yardım ayırması daxili işlərimizə müdaxilədir»


Ramiz Mehdiyev: «Mən Amerikanın bu addımını normal hesab etmirəm»
Ramiz Mehdiyev: «Mən Amerikanın bu addımını normal hesab etmirəm»

«ABŞ-ın Azərbaycandakı prezident seçkisinə 3 milyon dollar vəsait ayırmasını Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirirəm». Bunu Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev mayın 3-də keçirilən «Heydər Əliyev və Azərbaycan adlı» konfransda deyib. Xəbəri ANS yayıb.


Mehdiyev deyib: «Mən Amerikanın bu addımını normal hesab etmirəm. Azərbaycan qüdrətli dövlətdir. Heç kim onun inkişafının qarşısını ala bilməz. Azərbaycan hakimiyyəti seçkiyə monolit gedir. Heç kimin buna şübhəsi olmasın».


ABŞ səfiri Enn Ders bildirib ki, Amerika bu il keçirilən prezident seçkisinə dəstək məqsədi ilə Azərbaycana 3 milyon dollar yardım edəcək. Diplomat deyib ki, bu vəsait siyasi partiyaların və seçki sisteminin güclənməsinə sərf ediləcək.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG