Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:48

Corc Buş Azərbaycanı söz azadlığının pozulduğu ölkə sayır


C.Buş Beynəlxalq Mətbuat Günü münasibətilə bəyanatla çıxış edib

C.Buş Beynəlxalq Mətbuat Günü münasibətilə bəyanatla çıxış edib

ABŞ prezidenti Corc Buş hər il mayın 3-də qeyd olunan Beynəlxalq Mətbuat Günü münasibətilə bəyanatla çıxış edib. O, söz azadlığının daha çox pozulduğu ölkələri sadalayıb və ilk dəfə olaraq bu dövlətlər arasında Azərbaycanın da adını çəkib.


Buşun bəyanatında deyilir ki, mətbuatın ağzını bağlayan və jurnalistləri həbs edənlər arasında Çin liderlik edir: «Sərt rejimlər azadlığı boğurlar, özəl qəzetləri, radio və telekanalları bağlayırlar. Onlar jurnalistləri oğurlayır, mühakimə edir və döyürlər».


Corc Buş deyir ki, ABŞ jurnalistlərin və bloqqerlərin təqibini, fiziki cəzalandırılmasını və onlara qarşı digər təzyiqləri pisləyir: «Necə ki, bu, Çində, Kubada, Misirdə, Tunisdə, Venesuelada, Vyetnamda edilir. Biz həmçinin Belarus, Livan və Rusiyada jurnalistlərin qətlini pisləyirik».


Birləşmiş Ştatların prezidenti bildirir ki, 2007-ci ildə Çin ardıcıl olaraq 9-cu ildir ki, dünyada ən böyük jurnalist həbsxanası olaraq qalır: «Onun ardınca Kuba, Eritreya, İran və Azərbaycan gəlir. Biz bütün ölkələri İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinin prinsipləri, söz və mətbuat azadlığı da daxil olmaqla, öz vətəndaşlarının ayrılmaz hüquqlarına zəmanət verməyə çağırırıq». / Turan /


APA-ya müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim C. Buşun çıxışında qeyri-dəqiq məlumatların ifadə olunduğunu deyib: «Biz strateji tərəfdaşıq və ikitərəfli münasibətlərimizdə qeyri-dəqiqliyə, yarımçıq məlumatlara yer verilməsini istəməzdik. Biz ABŞ tərəfinin ikitərəfli münasibətlərin səviyyəsini nəzərə alaraq və real vəziyyətə əsaslanaraq öz bəyanatlarında yoxlanılmış, dəqiq faktlardan istifadə etməsini istəyirik».


Günün bütün mövzuları

XS
SM
MD
LG