Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:22

«Fatoğlu» un şirkəti fəaliyyətini dayandırdı


İndi 50 kq-lıq əla növ un 30-31 manata təklif olunur
İndi 50 kq-lıq əla növ un 30-31 manata təklif olunur

Taxıl qıtlığıyla üzləşən ölkənin iri un istehsalçılarından biri olan «Fatoğlu» şirkəti fəaliyyətini müvəqqəti dayandırıb. Şirkətin baş mühasibi İlham Xəlilov «Azadlıq» radiosuna bildirib ki, onların buğda ehtiyatı qurtardığı üçün fəaliyyətlərini dayandırmağa məcbur olublar. Əsasən Qazaxıstandan taxıl gətirdiklərini deyən Xəlilovun sözlərinə görə, onlar alternativ yollar axtarırlar. Baş mühasib şirkətin fəaliyyətinin dayanmasının unun qiymətinə təsirini istisna etmir. Amma deyir ki, onlar beş-on günə öz fəaliyyətlərini bərpa etmək niyyətindədilər.


İlham Xəlilov deyir ki, şirkətin fəaliyyətinin dayanması işçilərin əmək haqqına təsir etməyəcək.


Qazaxıstan aprelin 1-dən Azərbaycana buğda ixracını dayandırıb. İndi 50 kq-lıq əla növ un 30-31 manata təklif olunur, çörəyin qiyməti isə 10 qəpik bahalaşaraq 40 qəpiyə çatıb.


«Fatoğlu» istehsal etdiyi taxılın 95 faizə qədərini Qazaxıstandan idxal edirdi.


Kənd Təsərrüfatı Nazirliyi isə bəyan edir ki, ölkədə kifayət qədər (500 min tona yaxın) taxıl ehtiyatı var. Ancaq bir çox ekspertlər bununla razılaşmırlar.



Azərbaycanın il ərzində ərzaq buğdasına olan ehtiyacı təxminən 1 milyon 500 min tondur.


Ölkədə 50-yə yaxın şirkət xarici ölkələrdən taxıl idxal edir.


Prezident İlham Əliyev mayın 1-də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair sərəncam imzalayıb. Sənəddə deyilir ki, dünya ərzaq bazarlarında tələbin böyük fərqlə təklifi üstələməsi səbəbindən son vaxtlar ərzaq mallarının qiymətlərində yüksək artım müşahidə olunur. Qeyd olunan qiymət artımı Azərbaycanda da ərzaq məhsullarının bahalaşmasında özünü büruzə verir. Sənəddə Nazirlər Kabinetinə tapşırılır ki, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG