Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:08

Oqtay Əsədov: «Azərbaycan üçün 50 miylon, 100 milyon bir pul deyil»


«Sovet vaxtı banklara qoyulan əmanətlərin geri qaytarılması üçün mexanizm hələ işlənməyib». Bunu parlamentin spikeri Oqtay Əsədov Milli Məclisin mayın 2-də keçirilən iclasında, dövlət büdcəsinin müzakirəsi zamanı söyləyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti üçün 50 miylon, 100 milyon bir pul deyil, mexanizm hazırlanan kimi bu məsələ büdcəyə salınacaq: «Biz daxili bir komissiya yaratdıq ki, hökumətə təkliflər verək. Amma bu mexanizm axıra qədər işlənilməyib».


Azərbaycan vətəndaşlarının sovet dövründən qalma təxminən 5 milyard rubla yaxın pulu var. Əmanətlərin qaytarılması üçün bir neçə dəfə parlamentdə məsələ qaldırılıb.


XS
SM
MD
LG