Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:07

Parlament amnistiya aktı qəbul edə bilər


Parlament son amnistiya aktını bir əvvəl qəbul edib

Parlament son amnistiya aktını bir əvvəl qəbul edib

Milli Məclisin mayın 6-da keçiriləcək iclasında amnistiya aktı layihəsinin müzakirə ediləcəyi gözlənir. Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Səyavuş Novruzov jurnalistlərə bildirib ki, bu, keçmiş prezident Heydər Əliyevin 85 illiyinə həsr edilmiş xüsusi iclasda olacaq. O, deyir ki, layihə artıq hazırdır:


«Müzakirə zamanı millət vəkilləri hansı maddələrə ehtiyac olması barədə təkliflərini bildirəcəklər. Amnistiya ehtiyatsızlıq üzündən cinayət törədilməsi və bu kimi maddələr şamil edilə bilər».


Ombudsman Elmira Süleymanova da amnistiya verilməsiylə bağlı bir neçə gün əvvəl parlamentə müraciət edib. Son amnistiya aktı bir il əvvəl imzalanıb və 9 min məhbusa şamil edilib, onlardan 1500 nəfəri azadlığa buraxılıb.


Ümumilikdə, 1993-cü ildən 87 mini məhkuma şamil edilən 8 amnistiya aktı imzalanıb və 23 min nəfər azadlığa buraxılıb.



Günün bütün mövzuları

XS
SM
MD
LG