Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

Meriya mitinqə Bibiheybəti rəva bildi


Müsavatın qiymət artımına qarşı etiraz aksiyası - 29 aprel 2007

Müsavatın qiymət artımına qarşı etiraz aksiyası - 29 aprel 2007

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mayın 4-də keçirmək istədiyi aksiyaya icazə verib. Amma icra hakimiyyəti kütləvi aksiyanın keçirilməsi üçün partiyanın istədiyi yerləri yox, Bibiheybət qəsəbəsini göstərib.


Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı «Azadlıq» radiosuna bildirib ki, meriyanın qərarı onları narazı salıb və kütləvi aksiyanı Bibiheybətdə keçirmək niyyətində deyillər.


Arif Hacılının sözlərinə görə, onlar ya nəzərdə tutduqları yerdə icazəsiz aksiya keçirəcəklər, ya da şəhər icra hakimiyyətiylə məhkəmədə görüşəcəklər. Bu barədə partiyanın qərarı mayın 2-də veriləcək.


Müsavat Partiyası mitinqi Seçki Məcəlləsinə dəyişiklik təəblrəi, o cümlədən, ölkədə bahalaşma və s. tələblərlə keçirəcəyini bəyan edirdi.


Partiya şəhər rəhbərliyinə ünvanladığı müraciətdə aksiya üçün «Ukrayna» meydanını, «Qələbə» kinoteatrının qarşısını və ya metronun «Nərimanov» stansiyasının yaxınlığındakı ərazilərdən birinin ayrılmasını xahiş edib.


XS
SM
MD
LG