Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:20

Mübahisəli yük buraxıldı


«Buşehr» Atom Elektrik Stansiyası, 22 avqust 2004
«Buşehr» Atom Elektrik Stansiyası, 22 avqust 2004

Azərbaycan tərəfi Rusiyadan İrana – «Buşehr» Atom Elektrik Stansiyasına göndərilən avtokarvanı buraxıb.


Bu barədə «Azadlıq» radiosuna yükün saxlanıldığı Astara gömrük məntəqəsindən məlumat verilib.


İçində istilik-izolyasiya sistemlərinin olduğu bildirilən avadanlıq bir ay idi ki, Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmışdı.


Azərbaycan tərəfi bu yükün istifadəsi haqqında sənədləri tələb edirdi. Moskva isə bunu qanunsuz adlandırıb, yükün tranzitinə dair bütün proseduralara əməl olunduğunu bildirirdi.


Aprelin 30-da isə Rusiyanın Bakıdakı səfirliyi avadanlıqla bağlı bəzi sənədləri Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edib.


Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim «Azadlıq» radiosuna bildirib ki, Rusiya səfirliyinin təqdim etdiyi sənədlər qəbul olunub və yükün buraxılması üçün müvafiq təlimat verilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG