Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:31

Hökumət terrorçu qrupları fəal şəkildə mühakimə edir


Ötən il terrorçularla bağlılığı olan 3 ayrı qruplaşmaya mənsub azı 39 adam həbs edilib

Ötən il terrorçularla bağlılığı olan 3 ayrı qruplaşmaya mənsub azı 39 adam həbs edilib

ABŞ Dövlət Departamentinin 2007-ci il üzrə terrorizmlə bağlı dünya ölkələri üzrə hesabatını açıqlayıb. Sənədin Azərbaycanla bağlı hissəsində deyilir ki, son 5 ildə hökumət şübhəli terrorçu qrupların üzvlərini fəal şəkildə həbs və mühakimə edib. Terrorçu qrupları dəstəkləməkdə şübhəli bilinən təşkilatlar bağlanıb, terrorçularla bağlılığı olan 3 ayrı qruplaşmaya mənsub azı 39 adam həbs edilib.


Azərbaycan ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarına dəstək olaraq öz hava məkanından istifadə imkanı verib, 2003-cü ilin avqustundan isə Azərbaycan İraqda sülhməramlı əməliyyatlarda iştirak edir. Təxminən 150 azərbaycanlı əsgərdən ibarət piyada dəstəsi Həbib Bəndini mühafizə edir. 2002-ci ilin noyabrından isə Azərbaycan ordusunun bir taqımı Əfqanıstanda türk kontingentinin tərkibində sülhməramlı əməliyyatlarda iştirak edir.


Hesabatda göstərilir ki, Azərbaycan terrorizmin maliyyələşdirməsinə qarşı mübarizə istiqamətində tədbirlər görməsinə və terrorçuluqda şübhəli bilinən fərdlərin və qruplaşmaların siyahısını yerli banklara təqdim etməsinə baxmayaraq, terrorizmin maliyyələşdirməsinə qarşı qanunvericilik hələ qəbul edilməyib. Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirməsinə qarşı qanun layihəsi 2006-cı ilin dekabrında ABŞ-ın Ədliyyə Nazirliyinə və Avropa Şurasına təqdim edilib. ABŞ Ədliyyə Nazirliyi qanun layihəsi ilə bağlı rəylərini Azərbaycan hökuməti ilə müzakirə edib. Hökumət hələlik qanun layihəsini parlamentə göndərməyib. Maliyyə kəşfiyyat idarəsi də hələlik yaradılmayıb. ABŞ prokuror, müstəntiq və hakimlərə çirkli pulların yuyulmasına, terrorizmin maliyyələşdirilməsinə qarşı istintaq üsulları barədə təlim keçib.


Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, 11 sentyabr hadisələrindən sonra Azərbaycan beynəlxalq terrorçuluqla mübarizəyə öz töhfəsini versə də, qanunvericilikdəki boşluqlar aradan qaldırılmayıb.


Hesabatda fevral ayında Bakıda özlərini Şimal Mehdi Ordusu adlandıran 15 azərbaycanlıdan ibarət qruplaşmanın həbs olunması da göstərilir. Deyilir ki, onların qapalı məhkəməsi olub və xarici kəşfiyyata işləməkdə, dövlət çevrilişinə cəhddə, qanunsuz silah saxlamaqda, quldurluqda ittiham olunurlar:


«MTN bildirib ki, qruplaşma şəriət qanunları ilə idarə olunan dövlət yaratmağı planlaşdırırmış. Məlumata görə, qrup üzvlərindən biri Qum şəhərində İran İslam İnqilabı Qrupu Keşikçiləri Korpusunun zabiti ilə görüşüb və ona ABŞ və İsrailə qarşı mübarizə aparmaq üçün pul təklif olunub. Qrup üzvlərinin İran və Azərbaycanda təlim keçdikləri bildirilir».


Hesabatda oktyabrın sonu, noyabrın əvvəlində Sumqayıtda 12 azərbaycanlıdan ibarət başqa bir qrupun yaxalandığı, onlara Əbu Cəfər adlı etnik ərəbin rəhbərlik etdiyi, onlardan Sumqayıtın xəritəsi, çoxlu silah-sursat götürüldüyü, hazırda bu işlə bağlı istintaq getdiyi bildirilir.


Noyabrda ayında isə ABŞ-ın Bakıdakı səfirliyinə təhlükə ilə əlaqədar 11 nəfərin həbs olunduğu göstərilir. Həmin qruplaşmaya Azərbaycan ordusunun zabiti Kamran Əsədovun rəhbərlik etdiyi, onun ordu sıralarını özbaşına tərk edərkən silah-sursat götürdüyü, bu qruplaşmanın oktyabrın 30-da Bakıda «Lukoyl» qaz stansiyasına basqın etdikləri göstərilir. Mətbuatın onların Bakıdakı ABŞ səfirliyinə hücum planlaşdırdığı, haqlarında cinayət işi açıldığı da hesabatda xatırlanır.


Günün bütün mövzuları

XS
SM
MD
LG