Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:28

Gənclər arasında siqaret çəkənlərin sayı artıb


Respondentlərin 52 faizi siqaret tüstüsünə daha çox ictimai yerlərdə məruz qaldığını deyir
Respondentlərin 52 faizi siqaret tüstüsünə daha çox ictimai yerlərdə məruz qaldığını deyir

2008-ci ildə Azərbaycanda gənclər arasında siqaret çəkənlərin sayı artıb. Bu qənaətə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi 6 ali, 14 orta məktəbdə apardığı araşdırma nəticəsində gəlib.


Mərkəzin rəhbəri İradə Yaqubovanın sözlərinə görə, 800 tələbə və şagirdin cəlb olunduğu sorğuda respondentlərin 34 faizi siqaret çəkdiyini bildirib. Ötən il oğlanlar arasında siqaret çəkənlərin sayı 39 faiz olmuşdusa, bu il bu rəqəm 46 faizə çatıb. Siqaret çəkən qızların sayı isə 8 faizdən 17 faizə çatıb.


Respondentlərin 52 faizi siqaret tüstüsünə daha çox ictimai yerlərdə məruz qaldığını qeyd edir. Tədris müəssisələrində, ictimai nəqliyyatda, ailədə, iş yerlərində də siqaret tüstüsündən narahat olanların sayı az deyil.


İradə Yaqubova deyir ki, onlar mayın 1-dən «Sağlamlığına, gələcəyinə, firavanlığına yox demə» adlı aylıq kampaniyaya başlayırlar. Kompaniya çərçivəsində siqaret əleyhinə müxtəlif tədbirlər həyata keçirəcək.


«ELS» Müstəqil Araşdırmalar Mərkəzi bu tədqiqatı Səhiyyə, Gənclər və İdman nazirliklərinin iştirakı ilə aparıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG