Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:51

İran dollarla neft sövdələşmələrini dayandırıb


Əhmədinejad dolları «yararsız kağız parçası» adlandırıb

Əhmədinejad dolları «yararsız kağız parçası» adlandırıb

İran dollarla neft sövdələşmələrini dayandırıb. İranın Yanacaq Nazirliyi bildirib ki, bundan sonra belə sövdələşmələr avro və yaxud da yapon pul vahidi ienlə aparılacaq.


Bir az əvvəl Venesuela da belə təkliflə çıxış etmişdi. Neft sövdələşmələrinin dollarla aparılmaması bu pul vahidindən asılılığı azaldır.


Dolların kəskin ucuzlaşması neft istehsalçılarını narahat edir. Çünki proses dollar ehtiyatlarını «yuyub» aparır.


İran prezidenti Mahmud Əhmədinejad bu günlərdə dolları «yararsız kağız parçası» adlandırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG