Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:06

«Tikinti büdcəni sökür»


Artımdan sonra tikinti və yenidənqurma sektoruna ayrılan vəsait büdcənin 58,3%-ni təşkil edir

Artımdan sonra tikinti və yenidənqurma sektoruna ayrılan vəsait büdcənin 58,3%-ni təşkil edir

«Gün səhər» yazır ki, hökumət tikinti xərclərini 2 dəfə, aqrar sahəyə sərmayəni isə cəmi 0,7 faiz artırır.


Azərbaycanın 2008-ci il büdcəsi 40 faizə qədər artırılacaq. «Büdcə sənədinə dəyişiklik haqqında» qanun layihəsi artıq parlamentə təqdim olunub və mayın 2-də millət vəkillərinin müzakirəsinə çıxarılacaq.


«Amma ilin əvvəlindən təhsil və tibb işçilərinin sosial əmək haqlarının 2 dəfəyədək, pensiya və müavinətlərin 50 faizədək artırılması, əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsinə dair verilən vədlər yenə də özünü doğrultmadı. Çünki parlamentə təqdim olunan yeni büdcə sənədində pensiya, təqaüd və əməkhaqqıların əhəmiyyətli şəkildə artırılması üçün nəzərdə tutulan vəsaitlər digər sahələr üzrə xərclərlə müqayisədə çox kiçikdir».


«Gün səhər» yazır ki, büdcənin artım hissəsinin böyük bir qismi yenidən tikinti sektoruna yönəldiləcək. «Hökumət büdcənin yeni variantında tikinti xərclərini birdən-birə 1,5 milyard manat artırır. Hazırkı variantda tikinti sektoruna yönəldilməli olan vəsaitlərin həcmi 2,8 milyard manat göstərilir. Artımdan sonra isə tikinti, təmir və yenidənqurma sektoruna ayrılan vəsait ümumi büdcənin 58,3 faizini təşkil edir. Bu sektor üçün nəzərdə tutulan vəsaitlərin 52 faizi yalnız tikinti xərclərinə aiddir. Bu isə o deməkdir ki, hökumətin təklif etdiyi yeni artımın yarıdan çoxu tikinti xərclərinin payına düşür».


Qəzet bildirir ki, hökumətin büdcə vəsaitlərinin böyük hissəsini məhz tikintiyə yönəltməsi artıq ənənə halını almaqdadır.


«Yeni Müsavat» yazır ki, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun «Sahil» bağında Xalq Cümhuriyyətinə abidə qoyulması təklifinə müxalifət müsbət yanaşır.


S.Novruzov bildirib ki, keçmiş «26-lar» bağı cümhuriyyətə abidə kompleksinin qoyulması üçün ən gözəl yerdir: «Orda Şaumyanın, digərlərinin abidəsini götürüb əvəzində cümhuriyyəti quranların, Xan Xoyski, Nəsibbəy Yusifbəyli, Əhmədbəy Ağayev, Topçubaşov, Rəsulzadə və sair üçün birgə abidə kompleksi qoyula bilər».


Qəzetə münasibətini bildirən Müsavat başqanının müavini Mehman Cavadoğlu bildirib ki, təklif olunan yerdə cümhuriyyət liderlərinə abidə qoyulması məqsədəuyğun olardı. AXCP sədrinin müavini Həsən Kərimovun fikrincə, əgər cümhuriyyətin rollunu Azərbaycan hakimiyyəti də başa düşürsə, buna müsbət hal kimi baxmaq lazımdır.


Küveytin vəqflər və islam işləri nazirinin müavini Adil Abdulla əl-Fəllah «Heydər Əliyev və milli-mənəvi dəyərlər» kitabını yazıb. Kitabın «Gülüstan» sarayında təqdimatı olub. Bu barədə «Azərbaycan» məlumat yayıb.


Mərasimdə çıxış edən müəllif vurğulayıb ki, «dünya şöhrətli siyasi xadim Heydər Əliyev nəinki Azərbaycanda, həm də bütün dünyada layiqli qiymət qazanmışdır. Sevinirəm ki, Allah Azərbaycana belə bir rəhbər bəxş etmişdi».


Günün bütün mövzuları

XS
SM
MD
LG