Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:14

Ombudsman amnistiya verilməsi təklifi ilə çıxış edəcək


Bunu aprelin 29-da Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bəyan edib. O, 2008-ci ilin Azərbaycan üçün çox önəmli il olduğunu nəzərə alıb belə təkliflə çıxış edəcəyini deyib:


«Məhz bu ilə Azərbaycan Demokratik Cümhuriyyətinin və parlamentinin 90, İnsan Haqları üzrə BMT bəyannaməsinin 60, keçmiş prezident Heydər Əliyevin 85 illiyi keçiriləcək. Bu vaxta kimi bir sıra əfv fərmanları imzalanıb, ancaq bu, konkret şəxslərə şamil olunur, amnistiya isə daha geniş spektri əhatə edir».


Ombudsman onu da bildirib ki, amnistiya ilk növbədə qocalara, qadınlara və yetkinlik yaşına çatmayan şəxslərə şamil ediləcək.


XS
SM
MD
LG