Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:30

Şon Makkormak: «Bu, Moskva və Bakının həll etməli olduğu problemdir»


Amerika bildirib ki, Rusiyanın «Buşehr» Atom Elektrik Stansiyası üçün İrana göndərdiyi yüklərin Azərbaycanda saxlanması Moskva və Bakının həll etməli olduğu problemdir. Dövlət Departamentinin sözçüsü Şon Makkormak belə deyib.


O, bildirib ki, mübahisə Azərbaycan və Rusiya arasında ölkələrin BMT və beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə əsasən həll edilməlidir.


Mübahisəli avadanlıq martın 29-dan Azərbaycan-İran sərhədindəki Astara keçid məntəqəsində saxlanılır. Azərbaycan tərəfi bu yükün istifadəsi haqqında sənədləri tələb edir.


XS
SM
MD
LG