Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:07

«Çıxdı bütün qəzetlər zillətdən, ay can, ay can...»


Qəzetləri tirajının ciddi hissəsi səyyar satış vasitəsilə realizə edilir

Qəzetləri tirajının ciddi hissəsi səyyar satış vasitəsilə realizə edilir

«Artıq neçə gündür ki, Bakıda kütləvi informasiya vasitələrinin səyyar satışına qadağa qoyulduğu barədə həyəcanlı xəbər yayılır. Tirajının ciddi hissəsi səyyar satış vasitəsilə realizə edilən əksər mətbu orqanların narahat olmağa əsasları da var idi. Bununla bağlı məlumatda bildirilirdi ki, paytaxtın bütün rayonlarında küçə ticarətinə qadağa qoyulub». Bu barədə «Gün səhər» yazıb.


Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzetə deyib ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev ona qadağanın paytaxtda keçiriləcək tədbirlərlə bağlı aparılan təhlükəsizlik işləri ilə əlaqədar olduğunu deyib.


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bildirib ki, səyyar qəzet satışına qadağa qoyulması ilə bağlı nə Daxili İşlər Nazirliyinin, nə də nazirin hər hansı göstərişi olub: «Heç bir qadağa yoxdur. Sadəcə, anlaşılmazlıq yaranıb və bu anlaşılmazlıq tezliklə aradan qaldırılacaq». Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Bakı şəhərinin Səbayel rayonu ərazisində səyyar qəzet satışına polis tərəfindən qoyulan qadağa artıq aradan qaldırılıb.


«Yeni Müsavat» Bakıda sınaq imtahanları günü şagirdlərə saxta cavabların satıldığını iddia edir.


«Aprelin 27-də Bakı və Sumqayıt da, eləcə də bir sıra rayonlarda orta məktəblərin 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş sınaq imtahanlarının üçüncü mərhələsi keçirilib. Əldə etdiyimiz məlumata görə, test keçirilən gün ayrı-ayrı məktəblərdə işbazlar tərəfindən şagirdlərə bir ədədi 50 manata olan test cavabları satılıb. Məlumatda o da bildirilir ki, imtahan verən şagirdlərin böyük əksəriyyəti həmin cavab testlərini alıb və onları blanka köçürüblər. Sonradan məlum olub ki, həmin cavabların hamısı saxtadır. Paytaxtda imtahan keçirilən bütün məktəblərdə şagirdlərə satılan test cavablarının hamısı bir-birinin oxşarıdır».


Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə «Yeni Müsavat»a bildirib ki, «Bu barədə nazirliyə məlumat daxil olmuşdu və baş verənlər dələduzluqdur».


«Biz iqtidara baxış tərzimizi dəyişmişik, məsələlərə yanaşmaqda fərqli təfəkkür nümayiş etdiririk, fikrimcə iqtidar da yeni qüvvələrə baxış bucağını dəyişməlidir»-, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquluyev «Yeni Azərbaycan» qəzetinə müsahibəsində deyib. Partiya lideri deyir ki, «hakimiyyət ölkədə dövlətçiliyə söykənən normal müxalif qüvvələrin mövcudluğunda maraqlı olmalıdır. Azərbaycanda alternativ siyasi nəzarət funksiyasını həyata keçirə bilən və addımlarında dövlətçiliyi hər zaman öndə tutan müxalifətə ehtiyac var».


Günün bütün mövzuları

XS
SM
MD
LG