Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:41

Azərbaycan yenidən mətbuatın azad olmadığı ölkələr sırasındadır


Azərbaycan mətbuatın azad olmadığı ölkələrdən sayılır və 168-ci yerdədir

Azərbaycan mətbuatın azad olmadığı ölkələrdən sayılır və 168-ci yerdədir

«Freedom House» beynəlxalq hüquq müdafiə təşkilatı 195 ölkədə mətbuatın azadlığına dair illik hesabatını yayıb. Təşkilatın araşdırmasına görə, 72 ölkədə mətbuat azadlığı var, 64 ölkədə isə mətbuat azad deyil, 59 ölkədə isə qismən azaddır.


Azad fikir ən çox Asiya ölkələrində və keçmiş sovet məkanında təqiblərə məruz qalıb. Sənəddə Azərbaycanda da müsbətə doğru irəliləyişin olmadığı bildirilir. Azərbaycan mətbuatın azad olmadığı ölkələrdən sayılır və «Freedom House»un siyahısında 168-ci yerdədir. Ölkədə üç jurnalist həbsdədir, beynəlxalq hüquq müdafiə təşkilatları dəfələrlə rəsmi Bakıdan onları dərhal azad etməyi tələb ediblər.


Digər Cənubi Qafqaz ölkəsi Ermənistan da mətbuatın azad olmadığı ölkələr sırasında qərarlaşıb (144), Rusiya 170-ci yerdədir. Gürcüstanda isə mətbuatın qismən azad olduğu göstərilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG