Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:27

Səyyar qəzet satışı ilə məşğul olanlar aksiya keçiriblər


Onlar qadağanın aradan qaldırılmasını tələb ediblər

Onlar qadağanın aradan qaldırılmasını tələb ediblər

Aprelin 28-də Bakının Səbael rayonu ərazisində səyyar qəzet satışı ilə məşğul olan bir qrup şəxs etiraz aksiyası keçirib. Onlar ötən həftədən fəaliyyətlərinə qoyulmuş qadağanın aradan qaldırılmasını tələb ediblər.


Aksiya iştirakçıları günün ikinci yarısı Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüb problemlərinin həllində onlara yardımçı olmalarını istəyiblər.


Mətbuat Şurasının sədri Əflatun Amaşov isə «Azadlıq» radiosuna bildirib ki, problem artıq həllini tapıb. Onun sözlərinə görə, əslində qadağa küçədə qəzet yox, ərzaq məhsullarının satışına qoyulub. Sadəcə, anlaşılmazlıq olub: «Daxili İşlər nazirinin müavini və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi ilə danışdım. Artıq satışa icazə verilib».


Qəzet satıcılarından Arif Əsgərov də «Azadlıq» radiosuna deyib ki, problemləri artıq həllini tapıb.


A.Əsgərov deyir ki, səyyar qəzet satışına tətbiq olunan qadağadan 20-yə yaxın vətəndaş zərər çəkib. Dörd gün ərzində onlar təxminən 6 min manata qədər ziyana düşüblər.


Qəzetlərin səyyar satışına qadağa ötən həftə sonu qoyulmuşdu


Günün bütün mövzuları

XS
SM
MD
LG