Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:27

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir ki, ölkədəki tolerantlıq mühiti ayrı-ayrı xalqların və konfessiyaların dinc yanaşı yaşaması, etnik-mədəni müxtəlifliyin qorunub saxlanması Azərbaycan cəmiyyətində milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyətidir: «Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları ölkədə mövcud olan vicdan və dini etiqad azadlığından, mütərəqqi dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanmaqdadır».


Ölkə başçısı bildirir ki, çoxsaylı pravoslav xristian icması da öz dəyərlərinə sahib olmaqla, ölkədə gedən böyük quruculuq işlərində yaxından iştirak edir: «Pasxa bayramı əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət rəmzi kimi hər il Azərbaycanda geniş qeyd edilir».


«Pasxa» sözü yunan dilindən tərcümədə «qurtuluş», «azad olma» mənasını verir. Pasxa xristianlığın ilk vaxtlarından qeyd olunur. Bayramın əsas şərtlərindən biri kimi mömin xristianlar kilsəyə toplaşır, dualar oxuyurlar.


Pasxada kimsəsizləri, imkansızları sevindirmək bayramın vacib elementlərindən sayılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG