Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:10

«Çernobıl qəzası keçmiş sovet məkanında ictimai fikri dəyişdi»


«İnsanlar başa düşdülər ki, texniki tərəqqi təhlükə də gətirə bilər»

«İnsanlar başa düşdülər ki, texniki tərəqqi təhlükə də gətirə bilər»

İndi neft pullarını xərcləməyə yer tapmayan Qazaxıstana 10 il bundan qabaq vəsait tələb olunurdu. Həmin vaxt hökumət belə bir plan hazırladı ki, xaricdən nüvə tullantılarının gətirilib Qazaxıstanda basdırılmasına razı olsun. Bu, Qazaxıstana ümumilikdə 22 milyard dollar pul gətirməli idi. Ancaq Qazaxıstanın ekologiya təşkilatları bu planın qarşısını aldılar. 2002-ci ildə hökumət öz planından imtina etdi.

Qazaxıstanda ictimaiyyət hökumət üzərində görünməmiş qələbə qazandı. Nəyin hesabına? Çernobılın hesabına. 1986-cı ilin Çernobıl qəzasının acı xatirəsi hələ yaşayırdı.


Aprelin 26-da dünya Çernobıl Atom-Elektrik Stansiyasındakı qəzanın 22 illiyini qeyd edir.


O vaxt min ton nüvə yanacağı reaktordan kənara axdı və iki işçini öldürdü. Fövqəladə işlərə cəlb olunmuş 29 işçi isə 3 ay ərzində öldü.


Sonrakı aylarda və illərdə yaxınlıqda yaşayan 4 min adam vəfat etdi. Sonuncu rəqəm Beynəlxalq Atom Enerjisi Agentliyinin hesablamasıdır. «Greenpeace» beynəlxalq ekologiya təşkilatı isə ölənlərin 100 mindən çox olduğunu deyir.


Çernobıl qəzası keçmiş sovet məkanında ictimai fikri dəyişdi. Totalitar dövlət iqtisadi mənfəəti xalqın sağlamlığından, ekologiyadan həmişə öndə tutur. Çernobıldan sonra yaşıllar hərəkatları keçmiş SSRİ məkanında sürətlə güclənməyə başladı, artıq bunun qabağını almaq mümkün deyildi.


«Greenpeace» təşkilatının Rusiya bölməsinin nüvə eksperti Vladimir Çuprov: «Çernobıl fəlakəti insanların sayıqlığını və ətraf mühitə, texniki tərəqqiyə münasibətini dəyişdi. İnsanlar başa düşdülər ki, texniki tərəqqi təhlükə də gətirə bilər. Atom enerjisi ilə çox ehtiyatlı davranmaq lazımdır».


Çernobıl Belarusda hətta siyasi dəyişikliyə də səbəb oldu. Londonun Kinqston Universitetində radiologiya üzrə ekspert Alan Flovers qəzanın nəticələrini geniş şəkildə öyrənənlərdən biridir. O, sual edir: Belarusun müstəqillik hərəkatına kim rəhbərlik edirdi və 1991-1994-cü illərdə müstəqil Belarusun lideri kim oldu? Və cavab verir: Stanislav Şuşkeviç: «Şuşkeviç o cümlədən ona görə məşhurlaşdı ki, o, peşəcə fizik idi. Şuşkeviç Çernobıl qəzası ilə bağlı informasiyanın camaata tam verilməsinə çalışırdı».


Yerli QHT-lərlə sıx əlaqəsinə görə, Belarusdan qovulmuş Flovers deyir ki, indi prezident Lukaşenko təkcə siyasi fəallığı deyil, hətta ekoloji aktivliyi də boğur.


Alimin fikrincə, belə görünür ki, heç də hamı Çernobıl fəlakətindən lazımi nəticəni çıxartmayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG