Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:56

İlham Əliyev Azərbaycanın yəhudi icmasına müraciət edib


Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına müraciət edib.

Müraciətdə deyilir ki, «1943-cü ilin aprelində Varşavada yəhudi gettosu məhbuslarının faşizmə qarşı ölüm-dirim savaşına qalxması və bu mübarizədə qəhrəmanlıqla həlak olması insani ləyaqətin şər və zorakılıq üzərində mənəvi qələbəsi kimi tarixə həkk olunub».


Ölkə başçısı bildirir ki, İkinci dünya müharibəsi zamanı faşizmin yəhudi xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin qurbanları hər il dünyada yad olunur:


«Bu dəhşətli kütləvi qırğında uşaqlara, qadınlara, qocalara belə aman verilmədən, milyonlarla insan yalnız yəhudi millətinə mənsub olduğuna görə qəddar işgəncə və əzablarla məhv edilib. Biz bütövlükdə bəşər sivilizasiyasını, beynəlxalq sülhü və əmin-amanlığı təhdid edən hər cür irqçiliyi, milli-dini ayrı-seçkiliyi qətiyyətlə pisləyir, dünya birliyini belə hallara qarşı vahid və barışmaz mövqe nümayiş etdirməyə çağırırıq».


İlham Əliyev yəhudi icmasının kədərinə Azərbaycan xalqı adından şərik olduğunu bildirir.


İkinci dünya müharibəsi zamanı 6 milyondan artıq yəhudi faşizmin qurbanı olub.


XS
SM
MD
LG