Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:27

«Media bütün tərəflərin mövqeyini işıqlandırmalıdı»


ATƏT-in Bakı ofisinin rəhbəri Xose-Luis Herrero bu il keçiriləcək president seçkisinin azad və əlalətli olmasını ölkənin daxili və xarici siyasətində vacib hal kimi qiymətləndirib.


Aprelin 25-də Mərkəzi Seçki Komissiyasının jurnalistlər üçün təşkil etdiyi seminara qatılan Herrero hesab edir ki, seçkinin beynəlxalq stabdartlara uyğun keçirilməsində əsas rollardan birini də media oynayır. Onun sözlərinə görə, media balans siyasətinə önəm verməli və bütün tərəflərin mövqeyini işıqlandırmalıdı:


«Siz hər iki tərəfə yer verməlisiz, kimə inanmaq lazım olduğunu cəmiyyət özü müəyyənləşdirir».


Xose-Luis Herrero təklif edir ki, Azərbaycan mediası secki prosesini işiqlandırmaqda türkiyəli və amerikalı həmkarlarının təcrübəsindən yararlansın.


XS
SM
MD
LG