Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:37

Jurnalist Üzeyir Cəfərovun maşını yandırılıb


Yanma nəticəsində maşının təkəri qızıb, arxa qapısının yanı əriyib və əyləc sistemi zədələnib

Yanma nəticəsində maşının təkəri qızıb, arxa qapısının yanı əriyib və əyləc sistemi zədələnib

Aprelin 24-dən 25-nə keçən gecə müstəqil jurnalist Üzeyir Cəfərova məxsus «VAZ-2107» maşını yandırılıb. Cəfərov «Azadlıq» radiosuna deyib ki, hadisə yaşadığı Bakı şəhəri 6-cı mikrorayonda yerləşən binanın həyətində baş verib.


Jurnalist deyir ki, avtomobilin benzin çəninin altına içərisində benzin olan plastmas şüşə qoyublar və onu yandırıblar. Onun sözlərinə görə, bu, maşının partlaması üçün edilib: «Lakin möcüzə nəticəsində maşının altına yayılmış alov sönüb».


Yanma nəticəsində maşının təkəri qızıb, arxa qapısının yanı əriyib, arxa tərəfin rəngi gedib və əyləc sistemi zədələnib.


Məsələ ilə bağlı Ü.Cəfərov polisə müraciət edib. Hadisə yerinə Binəqədi rayon 7-ci Polis Bölməsinin operativ qrupu göndərilib. Onlar da öz növbəsində, Fövqəladə Hallar Nazirliyinin Yanğın Xidmətinin ekspertini dəvət ediblər.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov «Azadlıq» radiosuna deyib ki, məsələ araşdırılacaq.


Ü.Cəfərov hadisəni jurnalist fəaliyyəti ilə bağlı ona qarşı hazırlanmış növbəti təxribat hesab edir.


Üzeyir Cəfərov hazırda fəaliyyəti dayandırılmış «Gündəlik Azərbaycan» qəzetində redaktor işləyib.


O, ötən il aprelin 20-i gecə saatlarında işdən evə gedərkən fiziki zorakılığa məruz qalıb . Naməlum şəxslər küt alətlərlə jurnalistə xəsarət yetiriblər. Hadisəni törədənlər hələ də tapılmayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG