Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:04

Deputatlar amnistiya elan olunmasını təklif edirlər


Təklif parlamentin aprelin 25-də keçirilən iclasında səslənib

Təklif parlamentin aprelin 25-də keçirilən iclasında səslənib

Deputatlar keçmiş prezident Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə amnistiya elan olunmasını təklif edirlər. Aprelin 25-də Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyasından deputat seçilmiş Səyavuş Novruzov bildirib ki, mayın 10-da amnistiya elan olunması məqsədə müvafiq olardı. Onun fikrincə, əfv fərmanından fərqli olaraq, amnistiya daha çox məhkumları əhatə etdiyindən məhz buna üstünlük verilməlidir.


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu da təklifi dəstəkləyib. Ancaq onun fikrincə, bu amnistiya təkcə Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə deyil, Azərbaycan Demokratik Respublikasının 90 illiyi münasibətilə də elan edilməlidir.


Ölkədə amnistiya aktları 1995-ci ildən tətbiq olunmağa başlayıb. Sonuncu amnistiya aktı ötən il mayın 10-da verilib. Həmin vaxt 22 cəzaçəkmə müəssisəsindən 250-yə yaxın məhkum azadlığa buraxılıb.


Mayın 10-u keçmiş prezident Heydər Əliyevin ad günüdür. Həmin ayın 28-də isə Azərbaycan Demokratik Respublikasının 90 illiyi tamam olur.


Günün bütün mövzuları

XS
SM
MD
LG